Qarabağ Komitəsi 24 noyabr 2018-ci ildə mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət ünvanlamışdı.
Yenicag.az-ın məlumatına görə, BŞİH mitinqlə bağlı müraciətə rədd cavabı verib.
BŞİH prezident İlham Əliyevin ölkə daxilində və beynəlxalq aləmdə ciddi iş aparmasını və danışıqların şəffaf keçirilməsini əsas gətirərək, mitinqin keçirilməsini məqsədə uyğun saymayıb.
Qeyd edək ki, ilk “Qarabağa Azadlıq” silsiləsindən ilk mitinq bu il sentyabrın 29-da “Məhsul” stadionunda keçirilib.
Səxavət Məmməd