Bakı Şəhər İcra Hakimiyyəti Qarabağ Komitəsinin martın 16-na təyin etdiyi mitinqin məqsədəuyğun olmadığını bildirib.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Əvəz Zeynallı özünün “Facebook” səhifəsində paylaşıb.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti Qarabağ Komitəsinin ötən ilin sentyabrında keçirilmiş birinci mitinqindən sonra təyin etdiyi növbəti aksiyaların heç birinə icazə verməyib.