!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” Moldovaya yola düşdü

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” Moldovaya yola düşüb.

Yenicag.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsi çərçivəsində səfərdə “Şerif”lə qarşılaşacaq Ağdam klubu Bakı-Kişinyov reysiylə səfərə çıxıb.

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Moldovanın “Şerif” klubu ilə Azərbaycan çempionu “Qarabağ” arasında baş tutacaq ilk oyundan öncə mətbuat konfranslarının və son məşqlərin vaxtları açıqlanıb.

Qeyd edək ki, sabah “Qarabağ”ın baş məşqisi Qurban Qurbanov isə “Şerif” stadionunun mətbuat üçün böyük zalında jurnalistlərlə görüşəcək. Mətbuat konfransı Bakı vaxtilə saat 19:40-da başlayacaq. Bundan 20 dəqiqə sonra isə həmin arenada Ağdam təmsilçisinin son məşqi start götürəcək. Hazırlıq prosesinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.

“Şerif” – “Qarabağ” oyunu avqustun 23-də “Şerif” stadionunda keçiriləcək və Bakı vaxtilə saat 21:00-da start götürəcək.

www.yenicag.az

1828
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv