Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

“Qarabağ” mövsümü heç-heçə ilə başa vurdu - YENİLƏNİB

Reklam: Sinerji Pro

UEFA Avropa Liqasının qrup mərhələsinə yekun vurulub.

Yenicag.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” turnirdə son oyununa çıxıb. Ağdam klubu Tofiq Bəhramov adına Respublika Stadionunda “Düdelanj”ı qəbul edib.

Estoniyalı hakimlər briqadasının idarə etdiyi matçın ilk hissəsində qapılara qol vurulmayıb. Qarşılaşmanın 46-cı dəqiqəsində Qara Qarayev qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılıb. 63-cü dəqiqədə “Düdelanj” hesabı açıb. Rəqib komandanın heyətində Sabir Buqrine fərqlənib.

Son dəqiqələrdə Ağdam klubu Maqaye Geyenin vurduğu qolla hesabı bərabərləşdirib. Bununla da oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, hər iki komanda pley-off mərhələsinə çıxmaq şansını itirdiyindən görüş formal xarakter daşıyıb. Lüksemburqda baş tutan görüşdə “Qarabağ” rəqibini 4:1 hesabı ilə məğlub edib.

***

23:37

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinə yekun vurulacaq.

Yenicag.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” turnirdə son oyununa çıxıb. Ağdam klubu Tofiq Bəhramov adına Respublika Stadionunda “Düdelanj”ı qəbul edir. Görüşü Estoniyadan olan hakimlər briqadası idarə edir.

Matçın ilk hissəsində qapılara qol vurulmayıb. Komandalar fasiləyə yollanıblar.

Qarşılaşmanın 46-cı dəqiqəsində Qara Qarayev qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılıb. 63-cü dəqiqədə “Düdelanj” hesabı açıb. “Düdelanj”ın heyətində Sabir Buqrine fərqlənib.

Qeyd edək ki, hər iki komanda pley-off mərhələsinə çıxmaq şansını itirdiyindən görüş formal xarakter daşıyır. Lüksemburqda baş tutan görüşdə “Qarabağ” rəqibini 4:1 hesabı ilə məğlub edib.

***

21:24

UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin altıncı turu çərçivəsində “Qarabağ” – “Düdelanj” klubları arasında keçiriləcək qarşılaşma üçün komandaların start heyətləri açıqlanıb.

Yenicag.az xəbər verir ki, UEFA-nın rəsmi saytının məlumatına görə, bu gün saat 21:55-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşdə “Qarabağ”ın heyətində Şahruddin Məhəmmədəliyev, Ailton Silva, Bədavi Hüseynov, Maksim Medvedev, Rəşad Sadıqov, Miçel Madeyra, İsmayıl İbrahimli, Qara Qarayev, Abdulla Zubir, Mahir Əmrəli və Dani Kontana yer alıblar.

“Düdelanj”ın ilk onbirliyində Conatan Juber, Tom Şnell, Mario Pokar, Daniel Sinani, Dominik Stols, Thibaut Lesquoy, Mikael Qaros, Antoine Bernye, Məhəmməd Buçuari, Sabir Bouqrine və Loren Mendinin adları var.

Matçı Estoniyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Kristo Tohver olacaq.

www.yenicag.az


Paylaşılan Hostinq

1.49 ₼ -dan başlayan qiymətlərlə

* 5GB Disk Həcmi

* Limitsiz Trafik

* 1 Hesabdakı saytlar

* 5 Subdomen

* 10 E-poçt

Daha ətraflı məlumat üçün: https://hostimul.com/hostinq-almaq

307
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM