Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Qarabağ münaqişəsi müharibə ilə başlayıb, müharibə ilə də bitəcək” – Rusiyalı politoloq

“Azərbaycanda və Ermənistanda prezidentlərin dəyişməsi iki xalqın mövqeyinə təsir etməyəcək”.

Rusiyalı politoloq Oleq Kuznetsov Yenicag.ru-ya açıqlamasında bu il Azərbaycanda və Ermənistanda keçiriləcək prezident seçkilərinin cəbhədəki vəziyyətə təsir göstərməyəcəyini deyib:

“Azərbaycan və Ermənistan artıq 30 ildir ki müharibə vəziyyətindədirlər. Bu müddət ərzində Azərbaycanda 4, Ermənistanda isə 3 prezident dəyişib. Hətta o durumda belə cəbhədəki vəziyyət ciddi şəkildə dəyişməyib.

Nəyə görə düşünülür ki, bu ölkələrdə keçiriləcək prezident seçkilərindən sonra təmas xəttində nəsə dəyişiklik olacaq?

Bununla bağlı tarixdən mənə məlum olan yeganə nümunə SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovla bağlıdır. Bu isə elə bir nümunədir ki, onu heç bir ölkə bir daha təkrarlamamalıdır. Ona görə də hesab edirəm ki, Azərbaycanda və Ermənistanda keçiriləcək prezident seçkiləri Qarabağ münaqişəsi ətrafındakı vəziyyətə heç bir təsir göstərməyəcək”.

Kuznetsov əlavə edib ki, cəbhə xəttində vəziyyətin dəyişdirilməsi orduların işidir, siyasətçilər isə sülhün əldə olunmasına çalışmalıdırlar:

“Başa düşdüyüm qədər, münaqişə tərəflərinin mövqeyi bir-birinə ziddir, aralarında qarşılıqlı güzəştə hazırlıq yoxdur və olmayacaq. Prezidentlərin dəyişməsi iki xalqın mövqeyinə təsir etməyəcək. Dağlıq Qarabağ münaqişəsi müharibə ilə başlayıb, müharibə ilə də bitəcək. Məsələ hansı müharibədə, onun nə zaman və harada başlamasındadır”.

www.yenicag.az

981
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM