Reklam

Reklam

“Rusiya Qarabağ nizamlanmasını hər zaman nəzarətdə saxlayır”.

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu İrəvanda səfərdə olan Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ermənistan parlamentinin sədri Qalust Saakyanla görüşdə bildirib.

“Rusiya bu münaqişənin nizamlanmasına diqqətlə, Vyana və Sankt-Peterburqda əldə olunan razılaşmalar çərçivəsində yanaşır. Dağlıq Qarabağ münaqişəsinin maksimal dərəcədə nizamlanması və Cənubi Qafqazda gərginliyin olmaması üçün çox şey edilib. Ancaq bu yolla getmək lazımdır ki, ümumilikdə gərginlik aradan götürülsün”, – deyə Volodin qeyd edib.

Duma sədri onu da vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusu hər zaman nəzarətdədir: “Nəzərə almalıyıq ki, belə məsələlər bizi narahat etməyə bilməz”.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 67
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."