!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağ münaqişəsi - "Zaman artıq Azərbaycanın xeyrinə işləyir”

!Reklam – Yazi

Dünyanın aparıcı supergüclərinin Cənubi Qafqaz regionuna xüsusi marağı var. Bu fonda onlar öz mənafeləri üçün sözügedən regionda təhlükəsizliyin təmin edilməsi üçün maraqlıdırlar. Lakin buna baxmayaraq, regionda mövcud olan və hələ də həllini tapmayan Dağlıq Qarabağ münaqişəsi bölgədə ciddi təhdid olaraq qalır. Bunu Cənubi Qafqazda stabilliyi istəyən sözügedən güclər də bilir. Ancaq maraqlıdır ki, Qarabağ münaqişəsinin həll olunmamış qalması supergüclərin regiondakı maraqlarına təhdid yaratsa da, həmin qüvvələr nədənsə, onun aradan qaldırılmasına tələsmirlər. Görəsən, niyə? Bu işdə onlara mane olan nədir?

Məsələni Yenicag.az-a şərh edən politoloq Elşən Manafovun fikrincə, dünya güclərinin Qarabağ konfliktilə bağlı bölgədəki maraqları üst-üstə düşmədiyindən indiki halda münaqişənin həllində də maraqlı deyillər:

“Qarabağ probleminin bu günə qədər həll olunmaması Azərbaycan dövlətinin güclənməsi ilə bağlıdır. Münaqişə həll olunarsa, bölgənin regional və qlobal təhlükəsizlik amilləri baxımından ən güclü dövləti Azərbaycan olacaq. Çünki ölkəmiz bölgənin lider dövlətidir.

Bu mənada düşünürəm ki, Azərbaycanın həddən artıq güclənməsini istəməyən dövlətlər münaqişənin həllində də maraqlı deyillər. Həmçinin, beynəlxalq güclərin təsiri nəticəsində təəssüf ki, beynəlxalq hüquq iflic vəziyyətinə gətirilib. Məhz beynəlxalq güclər geosiyasi maraqları naminə dünyanın müxtəlif bölgələrində yaşanan hadisələrə özlərinin milli dövlət təhlükəsizliyi kontekstindən yanaşırlar. Lazım olanda problemlərin həlli üçün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar qısa zaman ərzində icra edilir. Əksinə, lazımsız olanda sadəcə, dekorativ mahiyyətli qərarların qəbul olunmasına nail olunur, lakin onun icrası istiqamətində qəti addım atmırlar. BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsilə bağlı 4 qətnaməsi var. Amma buna baxmayaraq, indiyə kimi həmin qətnamələrin icrası istiqamətində hər hansı bir addım atılmayıb. Sadəcə olaraq, maraqlar toqquşduğundan və münaqişənin status-kvo vəziyyətində saxlanılması tərəflərin maraqlarına cavab verdiyindən həmin qətnamələrin icrası istiqamətində konkret addım atılmır.

Bölgəmizdə dünya güclərinin maraqları üst-üstə düşmədiyindən problemin həlli də gecikir. Onların maraqlarının üst-üstə düşməməsi Azərbaycanın da maraqları toqquşan dövlətlər arasında yaşanan vəziyyətdən məharətlə istifadə edib, manevr etmək imkanlarını artırır. Digər tərəfdən, xristian təəssübkeşliyi faktoru da dünya güclərini münaqişənin həllində maraqlı olmamağa gətirib çıxarıb. Təəssüf ki, müasir dünya sivilizasiyalararası əməkdaşlığa deyil, qarşıdurma yoluna qədəm qoyub. Bütün hallarda artıq zaman Azərbaycanın xeyrinə işləyir”.

ELÇİN

Yenicag.az

www.yenicag.az

912
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv