“2016-cı ilin aprel müharibəsindən sonra atəşkəsin hələ də qorunub saxlanılmasının özü belə möcüzədir”.
Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistana nəzərdə tutulan səfərini, həmçinin Qarabağ münaqişəsinin həlli imkanlarını şərh edən təhlükəsizlik məsələləri üzrə rusiyalı ekspert Qriqori Trofimçuk deyib.
Qriqori Trofimçukun fikrincə, 2014-cü ildə baş verən qlobal siyasi proseslər Qarabağ münaqişəsinin həllini mümkünsüz edib:
Ermənistanın baş naziri radikallığını sadəcə, Azərbaycana qarşı artırmayıb. O, Moskva səfərindən sonra öz mövqeyində qalıb və hətta “daxili işlərə qarşımamaq2 ifadəsini işlədib. Paşinyan bunu “istyi izlər”lə Moskvanın özünə ünvanlayıb. Eyni zamanda, Ermənistanın baş naziri daxili opponentlərinə qarşı mövqeyini də kəskinləşdirib.
Paşinyan Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı xəttini də sərtlədirməli olub, çnki onun təhdidləri sözdən irəli getmir. Ona görə də Ermənistanın baş naziri qərargah xəritəsi üzərində Azərbaycana “müharibə də elan edir”.
Həmçinin Paşinyan üçün Dağlıq Qarabağdakı vəziyyət olduqca qeyri-müəyyəndir. Ən azı bu səbəbdən ki, Bako Saakyanın onu dəstəkləmək ehtimalı çox aşağıdır. Paşinyanın hakimiyyətə gəlişindən artıq az qala yarım il keçib və Dağlıq Qarabağda da başa düşürlər ki, ona arxalanmaq təhlükəlidir.
Putinin Azərbaycan və Ermənistana səfəri nəyi dəyişə bilər? Qarabağ münaqişəsinin həlli artıq prinsip etibarilə mümkün deyil. Bu 2014-cü ildə baş verən və dünya siyasətini kökündən dəyişən siyasi proseslərlə bağlıdır. Hazırda bu məsələ texniki forma alıb: təki müharibə olmasın, hərbi əməliyyatlar mümkün qədər ləngidilsin.
2016-cı ilin aprel müharibəsindən sonra atəşkəsin hələ də qorunub saxlanılmasının özü möcüzədir. Ancaq buz bir gün əriyəcək. Putinin hər iki ölkəyə səfəri zamanı isə həmişə müzakirə olunan məsələlərə toxunulacaq. Ona cəhd göstəriləcək ki, regional sabitlik və təhlükəsizlik heç olmasa, indiki səviyyədə qalsın. Realist olmaq lazımdır, bundan artığını arzulamağın yeri yoxdur”.
Anar