!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qarabağ münaqişəsinin nizamlanmaması Ermənistanın çöküşünü sürətləndirəcək” – Rusiyalı professor

!Reklam – Yazi

“Ermənistanda proseslərin istənilən yöndə inkişafı onlar üçün əlavə problemlər yaradacaq”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Ermənistanda cərəyan edən son proseslərin mümkün inkişafını dəyərləndirən Sankt-Peterburq Universitetinin professoru Niyazi Niyazov deyib.

Niyazi Niyazovun sözlərinə görə, Qarabağ münaqişəsinin həllinin uzanması Ermənistanın çöküşünü sürətləndirir:
“Hazırda Ermənistanda baş verənlər onu deməyə əsas verir ki, sabiq iqtidar parlamentdəki say üstünlüyündən istifadə edərək, Paşinyana təzyiq üçün zəmin hazırlamağa cəhd göstərir. Paşinyan isə bunun qarşısını almaq üçün köhnə sistemi dağıtmaqda israrlı olan inqilabi kütləyə istinad edir.

Bu proseslərin nə ilə nəticələnəcəyini isə heç Paşinyanın özü də bilmir. Onu dəstəkləyən kütlə isə Paşinyanı “Ermənistanın Saakaşvilisi” qismində görür. Baxmayaraq ki, Saakaşvili birmənalı olaraq Qərbə doğru kurs götürmüşdü, Azərbaycan və Türkiyə ilə sıx əməkdaşlıq edirdi və sair.

Ermənistandan gələn xəbərlərə əsasən, Paşinyan öz məqsədinə çatıb və orada bu ilin dekabrında növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalı yüksəkdir. Düşünmək olar ki, Paşinyanın tərəfdarları gözlənilən seçki kampaniyasını “küçə inqilabı” formasında aparacaqlar və bu taktika sabiq hakim elitanın qələbə şansını minimuma endirəcək. Şübhə yoxdur ki, Paşinyan indi malik olduğu populyarlığı siyasi baxımdan maddiləşdirməyə tələsir. Bununla demokratik siyasi mübarizə prinsiplərinin “işləmədiyi” də göz qabağındadır.

Hesab edirəm ki, Paşinyan hakimiyyətini möhkəmlətdikdən sonra Rusiyanı daha çox qıcıqlandırmamaq şərti ilə Qərbyönümlü xarici siyasətini aktivləşdirəcək. O baxımdan, Paşinyanın Rusiyaya münasibətdə “ehmal siyasət” yürüdəcəyi gözlənilir.

Çünki Rusiyanın dəstəyindən məhrum olan Ermənistan özünün xarici və hətta daxili siyasətində vektorları dəyişmək məcburiyyətində qalacaq. Buna isə nə yeni hakimiyyət, nə də erməni cəmiyyəti hazır deyil. Ermənilər üçün acınacaqlısı budur ki, ölkədə proseslərin istənilən yöndə inkişafı onlar üçün əlavə problemlər yaradacaq.

Ermənistanda yaranmış mövcud vəziyyətdə Qarabağ danışıqlarında hansısa irəliləyişin olacağı gözlənilmir. Əgər Ermənistan növbədənkənar parlament seçkilərindən sonra Azərbaycanla danışıqlara getmək əvəzinə, prosesi uzatmağa çalışacaqsa, o halda hərbi əməliyyatların bərpası hadisələrin ən mümkün variantlarından biri olacaq.

Bundan başqa, Qarabağ münaqişəsinin nizamlanmaması Ermənistan dövlətçiliyinin, iqtisadiyyatının və demoqrafiyasının çöküşünü sürətləndirəcək. O vaxt Ermənistanda çoxları düşünürdü ki, Azərbaycan ərazilərinin işğalı onlara rifah və inkişaf gətirəcək. Ancaq bu, özünüaldatma idi və “Çiçəklənən Ermənistan” partiyasının süqutu ilə Paşinyanın inqilab nəticəsində hakimiyyətə gəlişi də Qarabağ münaqişəsinin nizamlanmamasının nəticəsidir.

Söhbətləşdi: Qafqaz Ömərov

www.yenicag.az

8755
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv