“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində irəliləyiş var”.
Yenicag.az xəbər verir ki, bunu cümə axşamı ATƏT-in fəaliyyətdə olan sədri, İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Enzo Moavero Milanes təşkilatın Daimi Şurasının iclasında çıxışı zamanı deyib.
İtaliya xarici siyasət idarəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, o, Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ ərazi mübahisəsinin nizamlanması üzrə danışıqlar prosesində irəliləyişin olduğunu qeyd edib.