“Qarabağ” – “Neftçi” oyununun stadionu dəyişdirilib

Azərbaycan Premyer Liqasının XXXIII turunun “Qarabağ” – “Neftçi” oyununun stadionu dəyişdirilib.

Yenicag.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, təşkilati məsələlərlə əlaqədar olaraq, görüş “Azersun Arena”da oynanılacaq.

Mayın 4-də oynanılacaq qarşılaşma saat 19:30-da start götürəcək.
Qeyd edək ki, daha əvvəl matçın Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcəyi açıqlanmışdı.

COP29