!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” “Neftçi”yə qalib gəldi

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.

Yenicag.az xəbər verir ki, günün ikinci matçında “Qarabağ” “Neftçi”ni qəbul edib.

“Azersun Arena”dakı qarşılaşma “köhlən atlar”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesab 24-cü dəqiqədə açılıb. Eddi İsrafilov başla fərqlənərək qonaqları önə keçirib. İlk hissə “ağ-qaralar”ın üstünlüyü ilə başa çatıb. İkinci yarıya Ağdam təmsilçisi daha fəal başlayıb. 56-cı dəqiqədə Kadi Borges hesabı bərabərləşdirib. 67-ci dəqiqədə Abdullah Zubir qonaqları növbəti dəfə mərkəzə dəvət edib. 74-cü dəqiqədə isə Kvabena Ovusu üçüncü qolu vurub.

Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran “Qarabağ” vahid lider olub. “Neftçi” 18 xalla ikinci sırada qərarlaşıb. Son ölkə çempionu rəqibindən bir oyun az keçirib.

Qeyd edək ki, günün ilk matçında “Zirə” səfərdə “Turan Tovuz”a qalib gəlib – 3:1. Turun açılış oyununda “Qəbələ” səfərdə “Səbail”ə 2:1 hesabı ilə qalib gəlib. Tura oktyabrın 2-də oynanılacaq “Şamaxı” – “Sabah” və “Sumqayıt” – “Kəpəz” matçları ilə yekun vurulacaq.

www.yenicag.az

665
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv