“Qarabağ” – “Olimpiakos” oyunu üçün satılan biletlərin sayı açıqlandı

UEFA Avropa Liqasının qrup mərhələsinin “Qarabağ” – “Olimpiakos” oyunu üçün sabah son 300 bilet satışa çıxarılacaq.

Yenicag.az xəbər verir ki, bu haqda Ağdam klubu məlumat yayıb.

Bildirilib ki, biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

29-38-ci sektorlarda olan biletləri onlayn deyil, yalnız kassalardan ala bilərsiniz.