!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Qarabağ" - "Omoniya" matçında 4 qol vuruldu - YENİLƏNDİ

!Reklam – Yazi

Görüş 2-2 hesablı bərabərliklə yekunlaşdı.

***

23:30

Qomez görüşün 90-cı dəqiqəsində komandasının bərabərlik qolunu vurdu: 2-2.

***

Patrik Andrade matçın 88-ci dəqiqəsində “Qarabağ”ın ikinci qoluna imza atdı: 2-1.

***

“Omoniya”nın futbolçusu Kiko matçın 66-cı dəqiqəsində Kadiyə qarşı kobud oyuna görə qırmızı vərəqə alaraq komandasını azlıqda qoydu.

***

49-cu dəqiqədə matçda hesab bərabərləşib. Paris Psaltis avtoqol müəllifi olub: 1-1

***

“Omoniya”nın oyunçusu Mixal Dyuriş 43-cü dəqiqədə 11 metrlik cərimə zərbəsi ilə hesabı açıb: 0 – 1

***

21:45

“Qarabağ” və “Omoniya” matçı start götürüb.

***

21:40

UEFA Konfrans Liqasının qrup mərhələsinin V turunda Bakıda üz-üzə gələcək “Qarabağ” və Kipr “Omoniya”sının start heyətləri açıqlanıb.

Yenicag.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lə çıxacaqlar:

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6, Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina

Baş məşqçi: Qurban Qurbanov

“Omoniya”: 23. Fransis Uzoho, 2. Paris Psaltis, 5. Kiko, 11. Erik Boteak, 18. Mixal Dyuriş, 20. Takis Zaxariu, 22. Adam Lanq, 30. Nikolas Panayotu, 76. Haralambos Haralambus, 80. Andronikos Kakulli, 83. Andreas Asimenos

Baş məşqçi: Henninq Berq

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq.

www.yenicag.az

969
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv