“Qarabağ” Polşa klubu ilə bərabərə qaldı

Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ” bu gün Antalyadakı hazırlıq çərçivəsində ikinci yoxlama oyununa çıxıb.

Yenicag.az xəbər verir ki, Ağdam təmsilçisi Polşanın “Lexiya” (Qdansk) klubu ilə qarşılaşıb. Oyunda hesabı Qurban Qurbanovun yetirmələri açıblar. Dani Kintana fərqlənib. Lakin 86-cı dəqiqədə polşalılar cavab qolunu vurublar. Nəticədə, matç 1:1 hesabıyla başa çatıb.

Xatırladaq ki, “Qarabağ” Antalyada keçirdiyi ilk yoxlama oyununda Rusiyanın “Kuban” klubuyla da heç-heçəyə razılaşmışdı – 2:2.

Yoxlama oyunu
20 yanvar

“Qarabağ” – “Lexiya” 1:1

“Qarabağ”: 13. İbrahim Şehiç, 14. Rəşad Sadıqov, 52. Yakub Jezniçak, 5. Maksim Medvedev, 77. Donald Gerrye, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 8. Miçel, 10. Pedro Enrike, 99. Dani Kintana, 44. Ağabala Ramazanov.

COP29