Məşhur Serbiya saytları “Qarabağ” futbol klubunu Qazaxıstan təmsilçisi kimi təqdim edib.
Yenicag.az xəbər verir ki, “Qarabağ”ın APOEL-ə məğlub olması haqqında xəbər yazan serb jurnalistlər Azərbaycanın futbol klubunu Qazaxıstan təmsilçisi kimi qələmə verib.
Jurnalistlərin belə bir səhvə yol verə biləcək qədər qeyri-peşəkar olmamaları isə bunun təxribat ola biləcəyi iddialarını artırıb.
Qeyd edək ki, bundan əvvəl də rumın mətbuatında Qazaxıstanın “Astana” klubu Azərbaycan klubu kimi təqdim edilmişdi.
Aqil Bəkir