Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Qarabağ qaziləri”ndən Milli Məclisə TƏKLİF: “Müayinə vaxtı çatan Qazilərin əlillik müddəti 1 il uzadılsın”

“Qarabağ qaziləri” İctimai Birliyi Qazilərin sosial müdafiəsinin təmin edilməsi üçün təkliflər hazırlayıb.

Yenicag.az xəbər verir ki, “Qarabağ qaziləri” İctimai Birliyi hazırladığı təklifləri Milli Məclisin iyunun 18-də keçiriləcək plenar iclasında müzakirəyə təklif edib.

İctimai Birliyin hazırladığı təkliflər aşağıdakılardan ibarətdir:

“Qazilərlə bağlı vəziyyət çox gərgindir. Əlillik dərəcələrinin təyin edilməsi ilə əlaqədar Qazilərin ciddi narazlığı var. Nu narazılığın başlıca səbəbi Nazirlər Kabineti 2015 ci ildə gizli şəkildə qəbul etdiyi 413 saylı qərardır. Deputat Musa Quliuev də mətbuata açıqlamasında bunu etiraf edib.

Bütün problemlər buradan başlayıb. Yəni əvvəlki qərar əsasında 2015-ci ilədək əlillik dərəcəsi alan Qazilər artıq 2021-ci ildə təkrar müayinəyə gələrkən, 2015-ci ildə qəbul edilmiş 413 saylı qərara uyğun olaraq əlilliyə səbəb olan xeyli xəstəlik siyahıdan çıxarıldığı üçün komissiya yenidən Qaziyə əlillik dərəcəsi verə bilmir.

Hazırda Milli Məclisdə Əmək və Əhalinin Soaial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan yeni düzəlişlər layihəsi müzakirə edilir. Bu layihə məqbul olsa belə, həmin dəyişikliklər 2023-cü ildə qüvvəyə minəcək. Bu halda Qazilərə qarşı haqsızlıq davam edəcək! Ona görə də aşağıdakıları təklif edirik:

1) Çıxış yolu kimi Nazirlər Kabinetinin məlum 413 saylı qərarı ləğv edilsin və indi müzakirə olunan dəyişikliklər qəbul edilənə qədər müayinə vaxtı çatan Qazilərin əlillik müddəti 1 il uzadılsın. Bu 1 ildə məsələlə tam aydınlaşana kimi Qazilər ac qalmasın. Bu təklif hələlik ən optimal çıxış yoludur.

2) 44 günlük Vətən müharibəsində yaralanmış təxminən 11 min civarında Qazilərimiz var. Onlardan təxminən 4500-5000 nəfərinə əlillik dərəcəsi veriləcək! Əlillik dərəcəsi düşməyən 6 min Qazinin əksəriyyəti gənclərdir və onların mütləq hissəsi hələ öz fəaliyyət peşəsini, gələcək həyataını müəyyənləşdirməyib. Ona görə də təklif edirik ki, yaralılarımıza dəstək olaraq 6 min nəfərin hər birinə 5 il müddətində aylıq 500 (beş yüz) manat məbləğində (məbləğ və müddət dəyişə bilər) müavinət verilsin! Onlar bu 5 il ərzində öz həyatlarını qura bilərlər. Hər halda, dövlət büdcəsi Qələbəmiz üçün öz sağlamlıqlarından keçən Qazilərimizə o məbləğin ödənilməsinə imkan verir”.

www.yenicag.az

299
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100