Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qarabağ qazisi buna görə intihar etdi – "Azərsığorta"nın 25 illik zülmünün acı sonu / TƏFƏRRÜAT

Qarabağ qazisi intihar edib. Əslən Cəbrayıl rayonundan olan “Qarabağ qaziləri” İctimai Birliyinin Cəbrayıl rayon şöbəsinin sədr müavini Rövşən Məmmədov sonuncu dəfə 25 ildir ala bilmədiyi sığorta pulunu almaq üçün “Azərsığorta”ya gedib. Verməyiblər. Orada əsəbləşib. Gedib özünü asıb.

Bu barədə tanınmış jurnalist, Qarabağ qazisi Rey Kərimoğlu Yenicag.az-a məlumat verib.

Rey Kərimoğlu bildirib ki, Rövşən Məmmədov kasıblıqdan intihar edib:

“Qazilər arasında köhnə-təzə qazi, 1-ci, 2-ci müharibə ayrı seçkiliyini dərhal dayandırmaq lazımdır. Biz özümüz də başa düşürük ki, son döyüşlərin qazilərinə dətək vermək lazımdır. Bunun üçün də “Qarabağ qaziləri” birliyinin nəzdində “Gənc qazilər” filialını yaratmışıq. Məmurlar qazilər arasında ayrı seçkilik edir, fərq qoyur. Bu doğru yanaşma deyil. Bəzi qazilərə 25 ildir sığorta pulu verilmir. Rövşən Məmmədov çox kasıb bir insan idi. Bir “OKA” maşını var idi, o da istismardan dayanmışdı. O maşına müxtəlif cərimələr gəlirdi. Bir neçə min manat pul yığılmışdı. Bununla bağlı müraciət etdik, cavab verən olmadı.

Rövşən kimi qazilərin intihardan başqa yolu qalmır.

Buradan bütün dövlət qurumlarına müraciət edirəm ki, qazilər arasında fərq qoymasınlar. YAŞAT fonduna müraciət edəndə cavab verirlər ki, ikinci müharibənin qazilərinin probleminə baxırlar. Bu, düzgün yanaşma deyil. Ehtiyacı olan çoxlu sayda qazilər var. Fərq qoymadan hər birinin problemi ilə maraqlanmaq lazımdır”.

Qeyd edək ki, qazilər arasında əlillik dərəcəsinin yenidən yoxlanılması və bir çoxlarının əllilik dərəcəsinin kəsilməsi qazilər arasında çox ciddi narazalıq yaradıb.

Səxavət Məmməd

www.yenicag.az

642
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100