!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağ qazisi Nahid Canbaxışlının pəncərəsindən İbad necə görünür? – Subyektiv

!Reklam – Yazi

12207840_10206807053007651_1251439638_nDağlıq Qarabağda və ətraf rayonlarda işğalçı Ermənistan ordusuna və Dağlıq Qarabağda mövcud olan separatçı terrorçulara qarşı göstərmiş olduğu qəhramalıqlara görə, Milli Qəhraman adı verilməli olduğu halda “Azərbaycan Bayrağı orden”i ilə təltif edilən İbad Hüseynova qarşı son günlər planlı şəkildə bir qaralam,gözdən salma,ona qarşı bir “Qara Piar”a start verilib.

Artıq vəziyyət o həddə çatıb ki, “Qara Piar”a özünü vəkil hesab edən, amma uzun bir müddət əvvəl Azərbaycan Vəkillər Kollegiyasından qovulmuş Aslan İsmayılovda qoşulub.

Yəni “hər şey düzdü,bir saqqal-daraq çatmırdı”-el misalındakı kimi Aslan İsmayılovda ortaya düşdü tam oldu.

Mən Naxçıvandan böyük arzularla Bakıya gələn hələ anadan əmdiyi süd burnunda pendirləşməyə,bığ yeri belə tərləməmiş biri idim. Hər gün Azadlıq Meydanında keçirilən mitinqlərdə Milli Azadlıq Hərəkatımızın lideri Əbülfəz Elçibəyin “Bu xalq var olduqca, bu bədəndə bu qəlb döyündükcə, Qarabağı kimsə Azərbaycandan qopara bilməz”-fikri ilə günləri-günə calayaraq Qarabağa döyüşmək istəyən bir gəncdim.

Bir gün AXC-nin “Sahib Bağı” yanında yerləşən qərargahına (İndiki Səbail rayon İcra hakimiyyətinin binası. N.C) hüdür boy,üzündə hər gün dərdi-sərlə qarşlaşmasının gizgiləri ab-açıq görünən bir nəfər gəldi.

Matros Faiqə bu adam Əbülfəz Elçibəylə görüşmək istəyir dedim və Faiqdə yuxarıya bunu bildirdi. Adam Əbülfəz Elçibəylə görüşdü və az sonra pilləkanlarda göründü. Ondan hardan gəldiyini soruşdum

-Qarabağdan.

Məndə sizinlə getmək istəyirəm dedim. Gülümsədi və”Qarabağın əli silah tutan hər bir vətən oğluna ehtiyacı var”- dedi.Sanki mənə dünyanı bağışlamışdılar. Həmən AXC sədrinin qəbul otağına götürüldüm və böyük bəydən Qarabağa getmək üçün xeyir-dua almaq istədim.Birinci cəhtim boşa çıxsa da. Nəhayyət Əbülfəz Elçibəylə görüşdüm. Böyük bəyə Qarabağa getmək istədiyimi və xeyir-dua verməsin istədim.

Əbülfəz Elçibəy,o böyük insan da mənə “Get siz Vətən Qıpçağısınız”-dedi.Elə “get” sözün eşitdikdən sonra necə o Qarabağdan gələn adamın yanına qaçdım. Adını soruşdum Eyvaz Hüseynov dedi.

“Qaz 53”Avtobusla üz tutduq Qarabağa. Artıq Muğanlıya çatanda gecə idi. Axşam kəndin mədəniyyət evində yerləşən hərbi hissənin kazarmasında əsgər çarpayısında uzanıb gözümü yumdum. Səhər sübü tezdən saat 7-də hər kəs kimi məndə qalxdım. Hərbi hissənin “Kaptyorşiki”Elxan əsgər forması verdi və mülkü formanı dəyişdim. Kazarmanın yanında idman meydançasında bir Brusliyə oxşayan əsgərin yapon”nimçaqa”sı ilə məşq etdiyini gördüm. Yaxınlaşdım salam verdim və görüşdük.

-Salam mənim adım İbaddı?

-Məndə Nahid

-Döyüşməyə gəlmisən?

-Bəli.

-Neçə yaşın var?

-16.

-Bakıda yaşayırsız yoxsa…

-Xeyir Naxçıvandanam dedim.İbada bu söz tam səmimi deyirəm o qədər ləzzət elədi ki, gülə -gülə “bundan sonra sənin ləqəbin NAXÇIVANİK” –olsun dedi.

İbadla tanışlığım burdan başladı. Qarabağda özümlə bağlı daha sonra “Qarabağın Naxçıvaniki” yazımda bütün yönləri ilə yazacam.

İndi isə İbad haqqında danışmaq istəyirəm. İbada Qarşı bir şərəfsizlik yürüşü başlayıb. Sanki İbad Hüseynovun qaralanması,linc edilməsi üçün hansısa qanında erməni qanı olan biri düyməyə basıb. Çün ki, damarlarında türk qanı axan biri, Qarabağın yaşayan qəhramanı haqqında belə bir alçaqlığa,belə bir şərəfsizliyə əl atmaz.İbad Hüseynov həqiqətəndə QƏHRAMANDI.

Bəziləri bu gün rahat şəkildə İbada dil uzadır.Halbu ki, İbad Qarabağda ermənilərə qan udduranda onlar “Xalqlar Dosluğu”Yarmarkasında qadın paltarı satırdılar.Necə ki, İbadla birlikdə döyüşlərin birində gördüyüm mənzərədəki kimi.

Adam hələ yağışın yağması ilə quru otların xışıltısından altını batırmışdı və döyüş bölgəsindən qaçaraq Bakıda talkuçkadaqadın paltarı satmağı üstün tutdu.İbad isə ayağına saplanan top mərmisinin parçasını əlləri ilə çıxarıb,yarasını bağlayaraq döyüşürdü.

Ey dilotu yeyənlər o zaman harda idiniz? Niyə mərdləşib Qarabağa gəlmirdiniz?

Ey Aslan İsmayılov sən nə zamandan vətənpərvər olmusan ki,bu gün hansısa birinin boş-boş fikrini həqiqət bilib İbad Hüseynova qarşı ədalətsizlik bayrağını çıkmisən? İbad Hüseynov Dağlıq Qarabağda Ermənistanın işğalçı ordusunun Gəncəbasarı Azərbaycandan ayırması ilə bağlı planı alt-üst edəndə,sən orda yoxdun, İbad Xocavənd-Ağdam yolu üzərində Ermənistan ordusunun səngərini bombarduman edəndə sən orda yoxdun,İbad Hüseynov Xocavənd rayonunun mərkəzində erməni əsgərlərini cəhənnəmə vasil edəndə sən orda yoxdun.

Biz vardıq.

Mən Naxçıvanik, Starşna Elxan, Bığlı Etibar, Rembo Rövşən, Yenilməz Ceyhun, Vəhşi Cəsarət, Ağdaşlı Raquf, Qubalı Əfqan,Ağcəbədili Akif və neçə-necə damarlarında türkün qanı fışqıran qəhramanlar.

Siz harda idiniz ey dili-ağızlarına böyük gələnlər?

Bu gün danışmaq asandı. Kimi qaraladığınızın fərqidəsinizmi? İçimizdəki ermənilərin Monte Melkonyan sevgisindən irəli gələn və Monte Melkonyanın İbad tərəfindən ağılasığımaz formada cəhənnəmə vasil edilməsini həzm edə bilməyənlərin planında peşkaya çevrildiyinizin fərqindəsinizmi?

Əgər İbad Hüseynov AVO-nu öldürməsəydi,onun “AVO-nu mən öldürdüm”-deyəcəyini necə düşünə bilirsiniz. İbad etdiyi hər şeyə doğru yanaşıb. Əgər deyirsə ki, “AVO-nu mən öldürmüşəm”-deməli öldürüb. Və o bunu dəlil-subutla ortaya qoydu.AVO-nun başı və ona məxsus əşyayi-dəlillə.

Bunu Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı da verdiyi açıqlamada təsdiqləyir.

“Ermənistan silahlı qüvvvələrinin Xocavənd istiqamətindən böyük bir qüvvə ilə hücuma keçəcəyi haqqında məlumat əldə etmişdik.Bu məlumatı dəqiqləşdirmək üçün iyunun 10-da İbad Hüseynovun kəşviyyat qrupu düşmənin arxa hissəsinə keçdi. İyunun 13-də mənə məlumat verildi ki,kəşviyyat qrupu geri dönüb və çiddi məlumata malik olmaqla bərabər böyük bir qəhramanlıqda ediblər. Mən hərbi hissəyə gəldim və məlum oldu ki, düşmənin ağır texnikasının,top və tankların yerləşdiyi sahələri müəyyən edən məlumatla bərabər,beynəlxalq terrorçu AVO ləqəbli Monte Melkonyanın başını da gətiriblər. Melkumiyan İbadla təkbətək döyüşdə İbad tərəfindən məhv edilmişdi. Onun AVO olub-olmadığını dəqiqləşdirmək üçün ermənilərin bütün danışıqları diqqətlə izlənildi və AVO-nun öldüqrüldüyü tamamilə təsdiqini tapdı”. Bu fikirlər MTN-nin əməkdaşına məxsusdu cənablar. Bu da VİDEO

Maraqlıdır ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri,Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ”la bağlı qələmə aldığı dəlil və sübutlara əsaslanan kitabında da bu məsələyə geniş yer verib.Ən azından gedin o kitabı oxuyun ey qafillər.

Hörmətli Akademik Ramiz Mehdiyevin qələmə aldığı “Dağlı Qarabağ” kitabında deyilir:

“Xarici düşmənlər ölkədə ağır böhranlı situasiyadan istifadə edərəkyenidən cəbhədə üstünlüyü ələ almağa çalışdı.Həmin dövürdə Ermənistan Azərbaycanın mərkəzi rayonlarını işğal etmək üçün irimiqyaslı hazırlamışdı. Azərbaycanı içəridən parçalayan faktiki anarxiya,hakimiyyətsizlik,vətəndaş qarşıdurması və separatist ənənələrin vüsaət alması ölkənin işğaləna xarici düşmən üçün şərait yaratmış olardı.

Yeravanın bu planını ASALA terror təşkilatının lideri,səhra komandiri Monte Melkonyan həyata keçirməli idi.Hücum 1993-cü iyun ayının ortalarına təyin olunmuşdu.Lakin bu irimiqyaslı hücum əməliyyatından bir neçə gün əvvəl İbad Hüseynovun başçılığı ilə Azərbaycan kəşviyyat qrupu erməni qüvvələri tərəfinfdən nəzarət olunan ərazilərin arxasına keçir.1993-cü il 12 iyun tarixində Xocavənd rayonunun Muğanlı kəndində Azərbaycan kəşviyyatçıları ilə üzbəüz döyüşdə Monte Melkonyan öldürülür”.

Ay biqələmunlar bəs elədimi sizə İbad Hüseynova qarşı atdığınız şər və böhtana bu cavab.Bəlkə deyəsiniz ki, yalandı? Allah sizi bildiyi kimi etsin.Başqa bir adı yox bunun.Bunun adı “bir baltaya sap ola bilməyən”lərin İbad Hüseynovun çatdığı mərtəbəyə paxıllıqdır, erməni xislətinə xidmət etməkdir.

Qarabağ Qazisi

Nahid Canbaxışlı

 

Yenicag.az

www.yenicag.az

1357
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv