Azərbaycan Premyer Liqasında 5-ci tura yekun vurulub.
Yenicag.az xəbər verir ki, turun son matçında “Qarabağ” “Qəbələ”ni qəbul edib.
“Azərsun Arena”da keçirilən qarşılaşma Ağdam təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
“Qarabağ” – “Qəbələ” – 4:1
Qollar: Abdullah Zubir, 30 (1:0), Araz Abdullayev, 45+1 (2:0), Con Delarj, 61 (3:0), Abdullah Zubir, 72 (4:0), Rasim Ramaldanov, 90 (4:1)
Qırmızı vərəqə: Təmkin Xəlilzadə, 90+2 (“Qəbələ”)