!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” “Qəbələ”ni məğlub etdi

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan Premyer Liqasının XI turunda daha bir oyun keçirilib.

Yenicag.az xəbər verir ki, həftənin üçüncü matçında “Qəbələ” “Qarabağ”ı qəbul edib. Görüşdə hesabı 33-cü dəqiqədə meydan sahiblərinin futbolçusu Ceyms Adeniyi açıb. Lakin ağdamlılar fasilədən sonra İnnosent Emeqara, Miçel Madeyra və Filip Ozobiçin qolları ilə qələbə qazanıblar. Legioner oyunçular müvafiq olaraq 47, 64 və 67-ci dəqiqələrdə fərqləniblər.

Bu qələbədən sonra xalını 23-ə çatdıran “Qarabağ” 2-ci sıraya yüksəlib. “Qəbələ” isə 12 xalla 5-ci pillədə qalıb.

Qeyd edək ki, ilk oyun günüdə “Səbail” “Sabah”ı 4 cavabsız qolla məğlub edib. “Neftçi” isə “Zirə” ilə bərabərə qalıb. Tura 19:30-da başlayacaq “Sumqayıt” “Keşlə” oyunu ilə yekun vurulacaq.

www.yenicag.az

3140
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv