“Qarabağ” “Qəbələ”nin oyunçusunu heyyətinə qatdı

Bu mövsümün əvvəlində “Qəbələ” komandasından 1 illik icarə əsasında “Qarabağ”a keçən Hacıağa Hacılı ilə yeni müqavilə imzalanıb.

Yenicag.az kluba istinadən məlumat verir ki, “Qarabağ” klubu “Qəbələ” ilə danışıqlar apararaq perspektivli gənc yarımmüdafiəçini tam hüquqları ilə transfer edib.

H.Hacılı ilə bağlanan yeni müqavilənin müddəti isə 4 ildir.