“Qarabağ” rəqibini darmadağın etdi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start verilib.

Yenicag.az xəbər verir ki, turun açılış matçında lider “Qarabağ” səfərdə “Zirə” komandasının qonağı olub.

Görüş Ağdam təmsilçisinin 6:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Qurban Qurbanovun komandası turnir cədvəlində liderliyini möhkəmləndirib.