“Qarabağ” – “Roma” matçının hakimləri açıqlandı

Futbol üzrə UEFA Çempionlar Liqasında Azərbaycan çempionu “Qarabağ””ın İtaliya “Roma”sına qarşı ev oyununu idarə edəcək hakimlərin adları açıqlanıb.

Yenicag.az xəbər verir ki, ÇL-in C qrupu çərçivəsində keçiriləcək 2-ci turun matçı Portuqaliyadan olan ədalət təmsilçilərinə tapşırılıb. Baş hakim Artur Dias olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Roma” matçı sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək və yerli vaxtla saat 20:00-da start götürəcək.

Baş hakim: Artur Dias
Yan xətt hakimləri: Rui Tavares, Paulo Soares
Əlavə köməkçi hakimlər: Tyaqo Martins, Joao Pineyro
Dördüncü hakim: Bruno Rodriges (hamısı Portuqaliya)
Hakim-inspektor: Haim Jakov (İsrail)
UEFA nümayəndəsi: Oleq Harlamov (Estoniya).

COP29