UEFA Gənclər Liqasında 2-ci turun oyunları keçirilir.
Yenicag.az xəbər verir ki, “Qarabağ”ın 19 yaşlılardan ibarət komandası “Azərsun Arena”da “Roma”lı həmyaşıdlarını qəbul edib. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda ilk oyunda “Çelsi”yə 0:5 hesabı ilə uduzub.
14:00. “Qarabağ” (Azərbaycan) – “Roma” (İtaliya) – 0:3
Qol: Jan Kelar, 11, Kelar, 60, Antonucci, 77
Hakimlər: Horatiu Fesniç, Aleksandru Çerey, Mihay Marika (hamısı Rumıniya), İnqilab Məmmədov (Azərbaycan)