“Qarabağ” “Sabah”a qarşı

Bu gün Azərbaycan Premyer Liqasında 24-cü tura start veriləcək.

Yenicag.az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.

İlk olaraq “Zirə” “Sumqayıt”ı qəbul edəcək. Günün ikinci matçında isə “Qarabağ” doğma meydanda “Sabah”la üz-üzə gələcək.

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

24-cü tur

13 aprel (şənbə)

16:00. “Zirə” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Zirə İdman Kompleksinin stadionu

18:30. “Qarabağ” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov
Tofiq Bəhramov adına Respublika Stadionu

14 aprel (bazar)

15:00. “Keşlə” – “Qəbələ”
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Rövşən Rəcəbov
“ASK Arena”

18:00. “Səbail” – “Neftçi”
Hakimlər: Səbuhi Bayramov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Kamal Umudlu
“Bayıl Arena”