“Qarabağ” “Sabah”ı məğlub etdi

Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub.

Yenicag.az xəbər verir ki, mərkəzi oyunda çempionla vitse-çempion üz-üzə gəliblər.

“Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda qızıl medallar uğrunda mübarizədə əsas rəqiblərindən olan “Sabah”ı qəbul edib.

Qarşılaşmanı üstün keçirən ağdamlılar ikinci hissədə vurduqları qollar sayəsində 2:0 hesablı qələbə qazanıblar. 56-cı dəqiqədə Olavio Juninyo hesabı açıb. 88-ci dəqiqədə isə Hamidu Keyta görüşdə son nöqtəni qoyub.

Qələbə sayəsində “Qarabağ” xallarının sayını 10-a yüksəldib. Son sıralarda qərarlaşan “Sabah”ın isə hesabında 4 xal var.

Turun əvvəlki oyunlarında “Zirə” “Sumqayıt”ı, “Araz-Naxçıvan” “Neftçi”ni 1:0, “Səbail” “Kəpəz”i 3:0 hesabı ilə məğlub edib, “Turan Tovuz”la “Qəbələ” bərabərə (2:2) qalıblar.

Qeyd edək ki, Premyer Liqada VII turun matçları 23-25 sentyabr aralığında keçiriləcək./Report/

1 Zirə 6 5 0 1 6-2 15
2 Qarabağ 6 3 1 2 9-5 10
3 Turan Tovuz 6 3 1 2 11-8 10
4 Səbail 6 3 1 2 11-9 10
5 Araz-Naxçıvan 6 3 1 2 7-7 10
6 Neftçi 6 2 2 2 5-4 8
7 Sumqayıt 5 2 1 2 7-5 7
8 Sabah 5 1 1 3 6-7 4
9 Kəpəz 6 1 1 4 3-9 4
10 Qəbələ 6 1 1 4 4-13 4