“Qarabağ” Şahruddinlə imzaladığı yeni müqavilənin detallarını açıqladı

“Qarabağ” qapıçısı Şahruddin Məhəmmədəliyevlə imzalanmış yeni müqavilənin detallarını açıqlayıb.

Yenicag.az xəbər verir ki, 29 yaşlı qolkiperin sözləşməsinin müddəti 2026-cı il iyunun 30-dək nəzərdə tutulub.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev 2016-cı ildən “Qarabağ”da çıxış edir. O, Azərbaycan millisinin də əsas qapıçısıdır.