“Qarabağ” “Şamaxı”ya qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib.

Yenicag.az xəbər verir ki, günün ikinci matçında son çempion “Qarabağ” “Şamaxı”nı qəbul edib.

“Azersun Arena”dakı qarşılaşma “köhlən atlar”ın 4:0 hesablı qələbəsi ilə bitib. Meydan sahiblərinin qollarını 35-ci dəqiqədə Kvabena Ovusu, 55-ci dəqiqədə Leandro Andrade, 64 və 72-ci dəqiqələrdə Ramil Şeydayev vurub.

Rəqiblərindən bir oyun az keçirən “Qarabağ” xallarının sayını 9-da çatdırıb. Ağdam təmsilçisi hələlik “Qəbələ”, “Sabah” və “Neftçi” ilə eyni xala malikdir. Bir xalı olan “Şamaxı” isə 9-cu sırada qalıb.

Qeyd edək ki, günün ilk görüşündə “Səbail” “Kəpəz”i 4:1 hesabı ilə üstələyib.