Qarabağ separatçılarının sonuncu başçısı Samvel Şahramanyan bu yaxınlarda Ermənistanın birinci və ikinci prezidentləri Levon Ter-Petrosyan və Robert Köçəryanla görüşüb.
Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, ayrı-ayrılıqda baş tutan görüşlər əsasən mərasim xarakteri daşıyıb. Görüşlərdə 19 sentyabra qədər Qarabağda hökm sürən vəziyyət, bir günlük toqquşma (antiterror tədbirləri – red.), Qarabağ ermənilərinin Ermənistana köçü müzakirə olunub.
Qeyd edək ki, bundan əvvəl Şahramanyan Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanla da görüşüb.