Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

“Qarabağ” - “Şerif” matçının hakimləri bəlli oldu

Reklam: High Technic

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la Moldovanın “Şerif” klubu arasında keçiriləcək cavab oyununun hakimləri açıqlanıb.

Yenicag.az xəbər verir ki, UEFA Bakıda baş tutacaq bu görüşü Makedoniyadan olan hakimlər briqadasına həvalə edib.

Qarşılaşmanın baş hakimi Aleksandr Stavrev olacaq. Ona yan xətt hakimləri Maryan Kirovski ilə Deyan Kostadinov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Dimitar Meçkarovski yerinə yetirəcək.

UEFA Bakıya hakim-inspektor kimi Belçikadan olan Yohan Verbisti göndərəcək. UEFA nümayəndəsi isə Yevgeņi Miļevski (Latviya) olacaq.

Qeyd edək ki, “Qarabağ” Moldovada keçirilmiş ilk oyunda bu rəqibinə 0:1 hesabıyla məğlub olub. Avqustun 30-dan Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək cavab görüşü saat 21:00-da başlanacaq.

www.yenicag.az

5824
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS