!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” “Şerif”ə məğlub oldu - VİDEO

!Reklam – Yazi

Bu gün Avropa Liqasının pley-off mərhələsinə start verilib.

Yenicag.az xəbər verir ki, sözügedən turnirdə ölkəmizin yeganə təmsilçisi olan “Qarabağ” da meydana çıxıb.

Qurban Qurbanovun komandası Moldovada “Şerif”in qonağı olub. Qarşılaşma təmsilçimizin minimal hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, “Qarabağ”la “Şerif” ötən mövsüm Çempionlar Liqasının III təsnifat mərhələsində də üz-üzə gəlib.

Bakıda qolsuz heç-heçə edən komandaların Tiraspoldakı duelində “Qarabağ” 2:1 hesablı qələbə qazanaraq növbəti mərhələyə adlamışdı.

Avropa Liqası
Pley-off mərhələsinin ilk oyunu
23 avqust

“Şerif” (Moldova) – “Qarabağ” (Azərbaycan) 1:0
Qol: Kapiç, 8.
Hakimlər: Sergey Tsınkeviç, Yevgeni Romanov, Vitali Malyutsin, Viktor Şimusik (hamısı Belarus)
Tiraspol, “Şerif” İK stadionu.

www.yenicag.az

20202
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv