“Qarabağ” sərvət qazandı – Bu da mükafatın məbləği

Ötən gecə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” həm də büdcəsini zənginləşdirdi.

Yenicag.az xəbər verir ki, pley-off-da “Şerif”i mübarizədən kənarlaşdıran ağdamlılar 2 milyon 920 min avro qazanıb. Bu isə 5 milyon 799 min 828 manata bərabədir.

Qurban Qurbanovun komandası qrupda qazanacağı hər qələbəyə görə 570 min avro əldə edəcək. Heç-heçənin mükafatı isə 190 min avrodur.

Qeyd edək ki, “Qarabağ” artıq 4-cü dəfədir ki, Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb.