Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

“Qarabağ” Avroliqanın rekordçusuna uduzdu – Yeniləndi

Reklam: High Technic
“Qarabağ” bu gün Avropa Liqasının 2019/20 mövsümünün qrup mərhələsində ilk oyununu keçirib.
Yenicag.az xəbər verir ki, Ağdam klubu I tur çərçivəsində “Sevilya”nı qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyun 62-ci dəqiqəyədək 0:0 hesabı ilə yekunlaşıb. 62-ci dəqiqədə Çiçarito hesabı açıb. 78-ci dəqiqədə Munir Əl-Haddadi, 85-ci dəqiqədə Oliver Torres fərqlənib. Beləliklə, “Qarabağ” 0:3 hesabı ilə yenilib.
Qeyd edək ki, “Sevilya” isə Avropa Liqasının turnirin rekordçusudu. İspaniya klubu 5 dəfə turnirin qalibi olub.
A qrupu çərçivəsində bu gün APOEL də “Düdelanj”ı qəbul edib və 3:4 hesabı ilə uduzub.
Avropa Liqası
Qrup mərhələsi
A qrupu, I tur
19 sentyabr
Qarabağ (Azərbaycan) – Sevilya (İspaniya) 0:3
Qollar: Çiçarito, 62. Munir Əl-Haddadi, 78. Oliver Torres, 85.
Qarabağ: 1. Asmir Beqoviç, 2. Qara Qarayev (18. İsmayıl İbrahimli, 85), 3. Aylton Silva, 5. Maksim Medvedev (k), 8. Miçel, 9. Xayme Romero (10. Dani Kintana, 77), 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 99. Maqaye Qeye (7. Araz Abdullayev, 67).
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 6. Simeon Slavçev, 14. Rəşad Sadıqov, 23. Faysal Rerras.
Baş məşqçi: Qurban Qurbanov.
Sevilya: 1. Tomaş Vatslik, 11. Munir Əl-Haddadi, 12. Xules Kunde, 14. Çiçarito (10. Ever Baneqa, 72), 15. Alexandro Poso, 17. Nemanya Qudel, 18. Serxio Eskudero (k), 20. Dieqo Karlos, 21. Oliver Torres (9. Munas Dabbur, 86), 22. Franko Vaskes, 24. Xoan Xordan (7. Roni Lopes, 58).
Ehtiyat oyunçular: 13. Yassin Bunu, 3. Serxi Qomes, 23. Serxio Reqilon, 25. Fernando.
Baş məşqçi: Xulen Lopeteqi.
Sarı vərəqələr: Aylton Silva, 36. Maksim Medvedev, 73 – Nemanya Qudel, 90+2.
Hakimlər: Yevgeni Aranovski, Syomen Şlonçak, İqor Alyoxin, Yaroslav Kozık (Ukrayna).
Hakim-inspektor: Elmir Pilav (Bosniya və Herseqovina).
UEFA nümayəndəsi: Boris Stankov (Bolqarıstan).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
***
“Məğlub olmaq istəmirdik. Bu cür rəqibə qarşı mübarizə aparmaq çətindi. Dinamik kollektivdi və topla sürətli davranırlar. Yenə də futbolçularıma təşəkkür edirəm. Belə komandaya qarşı oynamağı hər bir oyunçu gözləyir. Çünki, həm öz, həm də rəqibin gücünü bilir. Son vaxtlar 3-4 qollu matçlar çox olur. Rəqibi yaxşı oyuna görə təbrik edirəm. Azarkeşlərə də təşəkkürümü bildirirəm”.
Yenicag.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Sevilya”ya uduzduqları (0:3) Avropa Liqasının qrup mərhələsinin I tur matçından sonra mətbuat konfransında deyib.
A qrupunun digər oyununda “Düdelanj” APOEL-ə qalib gəlib. Qurbanov bu oyunla bağlı da suala cavab verib: “İlk turun nəticələri fikrimizi mütləq dəyişdi. Düşünürəm ki, bu oyundan sonra daha ciddi və diqqətli olmalıyıq. Futbolda məğlubedilməz komanda yoxdu. Düşünmədiyin nəticələr olur. Qrupda bundan sonrakı matçlara bu günkündən də çox hazırlaşmalıyıq”.
Baş məşqçi Xayme Romeronun əvəzlənməsinin səbəbini açıqlayıb: “Neftçi” ilə matçda da demişdim ki, Xayme son günlər xəstə idi. Məşqlərdə də iştirak etmirdi. Həmin görüşdə də son 30 dəqiqədə şans vermək istədik. Bu gün isə oyunda sürət artdığından onun zədələnmə ehtimalı artdı. Bu səbəbdən tarazlığı da qorumaq üçün Dani Kintananı meydana buraxdıq”.
Qurbanov İspaniya və Azərbaycan futbolu arasındakı fərqdən danışıb: “Əlavə şərhə ehtiyac yoxdu. La Liqa ən çox izlədiyim çempionatdı. İlk qola kimi mübarizə apara bildik. Ondan sonra bəzi dəyişiklər etdik, önə çıxmaq istədik. Dərhal bundan yararlandılar. Bu, onların necə güclü çempionatdan gəldiyini göstərir”.

www.yenicag.az

1664
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM