“Qarabağ” komandası UEFA Avropa Liqasının I qrupunda növbəti matçını keçirib.
Yenicag.az xəbər verir ki, “Yeni Sivas 4 Eylül” stadionunda keçirilmiş qarşılaşma Ağdam təmsilçisinin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
***
Türkiyənin “Sivasspor” və “Qarabağ” komandaları arasındakı UEFA Avropa Liqasının qrup mərhələsinin III tur matçında ikinci hissə start götürüb.
***
Türkiyənin “Sivasspor” və “Qarabağ” komandaları arasındakı UEFA Avropa Liqasının qrup mərhələsinin III tur matçında ilk hissə yekunlaşıb.
Yenicag.az xəbər verir ki Türkiyə təmsilçisi fasiləyə 1:0 hesabı ilə öndə yollanıb.
***
Türkiyənin “Sivasspor” və “Qarabağ” komandaları arasındakı UEFA Avropa Liqasının qrup mərhələsinin III tur matçı start götürüb.
Yenicag.az xəbər verir ki, “Yeni Sivas 4 Eylül” stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayıb.
Qeyd edək ki, I qrupunun digər oyununda “Vilyarreal” İspaniyada İsrail “Makkabi”sini (Təl-Əviv) qəbul edəcək. Həmin matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.