Azərbaycan Premyer Liqasının VI turunda daha bir matç baş tutub.
Yenicag.az xəbər verir ki, son çempion “Qarabağ” səfərdə debütant “Sabah”ın qonağı olub. Ağdam təmsilçisi 82-ci dəqiqədə Miçel Madeyranın, 88-ci dəqiqədə İnnosent Emeqaranın vurduğu qollarıyla 2:0 hesablı qələbə qazanıb.
Günün digər oyununda isə “Neftçi” “Səbail”i darmadağın edib – 4:0.
Qeyd edək ki, tura sentyabrın 30-da keçiriləcək “Sumqayıt” – “Zirə” və “Qəbələ” – “Keşlə” oyunları ilə yekun vurulacaq.