“Qarabağ” “Sumqayıt” qarşılaşmasının NƏTİCƏSİ

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib.

Yenicag.az xəbər verir ki, günün ilk qarşılaşmasında “Keşlə” “Zirə”ni qəbul edib.

Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər matçında isə “Sumqayıt” “Qarabağ”ı qəbul edir. Hazırda ilk hissə oynanılır, matçda hesab açılmayıb.

***

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.

Günün son matçında “Qarabağ” səfərdə “Sumqayıt”la qarşılaşıb.

Görüş qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, cavab matçları aprelin 29-da keçiriləcək.