!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” “Sumqayıt”a 10 nəfərlə qalib gəldi - VİDEO

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan Premyer Liqasında 12-ci tura start verilib.

Yenicag.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Bu matç Ağdam təmsilçisinin Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq “Çelsi” ilə ev oyunu öncəsi son sınağı idi. Qarşılaşma məhz buna görə Olimpiya stadionunda keçirilib. Belə ki, “zadəganlar”la oyuna yaxşı hazırlaşmaq istəyən “köhlən atlar” çempionatdakı ev oyununu məhz həmin matçın keçiriləcəyi arenaya salıb.

Görüş meydan sahibləri üçün yaxşı başlamayıb. İlk yarım saatın tamamında qapıçı İbrahim Şehiç Ağdam təmsilçisini azlıqda qoyub. Amma bundan cəmi bir neçə dəqiqə sonra hesabı açan “Qarabağ” fasilədən sonra daha bir qol vurmaqla inamlı qələbəyə sevinib.

Azərbaycan Premyer Liqası
12-ci tur
17 noyabr

“Qarabağ” – “Sumqayıt” 2:0
Qol: R.Almeyda, 41. D.Ndlovu, 65.
Qırmızı vərəqə: İ.Şehiç, 31.
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Cəmil Quliyev, Ömər Paşayev.
Bakı Olimpiya Stadionu.

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 8. Markos Madera, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 52. Yakub Jezniçak, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 12. Şahruddin Məhəmmədəliyev, 7. Rahid Əmirquliyev, 10. Pedro Enrike, 19. Famil Camalov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 30. Abbas Hüseynov, 44. Ağabala Ramazanov, 77. Donald Gerye, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 5. Vüqar Bəybalayev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov, 97. Xəyal Nəcəfov.
Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 6. Kamal Mirzəyev, 13. Bəhlul Mustafazadə, 17. Fərid Kərimzadə, 39. Tural Bayramlı, 71. Ramazan Həsənov, 90. Ramil Həsənov.
Baş məşqçi: Samir Abasov.

Turun digər oyunları: 18 noyabr (“Keşlə” – “Zirə”, “Kəpəz” – “Səbail”). 19 noyabr (“Neftçi” – “Qəbələ”).

www.yenicag.az

2228
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv