Bu gün Azərbaycan Premyer Liqasında XVIII tura start verilib.
Yenicag.az xəbər verir ki, ilk oyun günündə iki oyun baş tutub.
Lider “Qarabağ” səfərdə “Sumqayıt”ın qonağı olub. Qarşılaşma heç-heçə başa çatıb.
“Kəpəz” isə doğma azarkeşləri önündə “Səbail”i qəbul edib. Gəncə klubu çətinliklə də olsa, rəqibini məğlub edib və bu mövsüm ilk ev qələbəsinə sevinib.
Qeyd edək ki, tura sabah keçiriləcək “Qəbələ” – “Neftçi”, “Zirə” – “Keşlə” matçları ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
XVIII tur
3 mart (şənbə)
“Kəpəz” – “Səbail” 2:1
Qollar: Dario Frederiko, 23-penalti, Tərzin Cahangirov, 49 – Yevgeni Koçuk, 30
İlk 2 dövrədəki oyunlar: 0:1, 2:3
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Cavanşir Yusifov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Rövşən Əhmədov
Gəncə şəhər stadionu
“Sumqayıt” – “Qarabağ” 1:1
Qollar: Amil Yunanov, 49 (1:0), Pedro Enrike, 75 (1:1)
İlk 2 dövrədəki oyunlar: 1:4, 0:2
Hakimlər: Rəvan Həmzəzadə, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Asim Xudiyev
Sumqayıt. Şəhər stadionu