“Qarabağ” – “Turan Tovuz” oyununa giriş pulsuz olacaq

Mayın 28-də keçiriləcək mövsümün sonuncu – “Qarabağ” – “Turan Tovuz” oyununa giriş pulsuz olacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.

Bu matçdan dərhal sonra “Qarabağ”a çempionluq kuboku və qızıl medallar təqdim olunacaq.