“Qarabağ” Türkiyədə bu komanda ilə qarşılaşacaq – 20 yanvarda

Qış fasiləsində təlim-məşq toplanışı üçün Türkiyənin Antalya şəhərini seçən “Qarabağ” 6 yoxlama matçında qüvvəsini sınayacaq.

Yenicag.az xəbər verir ki, artıq Ağdam təmsilçisinin rəqiblərindən biri bəllidir. Qurban Qurbanovun yetirmələri Polşanın “Legiya” klubu ilə qüvvəsini sınayacaq.

Qarşılaşmanın yanvarın 20-də keçirilməsi nəzərdə tutulub.