Qarabağ Universiteti tələbələrinin İMTİYAZLARI: Bu tələbələrə xüsusi təqaüd veriləcək

“Düşünürəm ki, Qarabağ Universitetinə qəbul olan tələbələrə verilən bu imtiyazlar təkcə dörd ili əhatə etməyəcək, sonrakı illərdə də bu təhsil ocağına qəbul olunan tələbələrə müvafiq imtiyazlar tətbiq olunacaq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında bu il Qarabağ Univeristetinə qəbul olunacaq tələbələrə tanınacaq imtiyazlar haqda danışan təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, müsbət məqamlardan biri buarada təhsil alan tələbələrin təhsil dövründə təhsil haqqı ödəməməsdir.

“Dövlət başçısının müvafiq sərəncamı əsasında Xankəndidə Qarabağ Universiteti yaradıldı. 2024-2025-ci tədris ili üçün tələbələrin qəbulu həyata keçiriləcək. Hazırda ali təhsil müsəssisəsində müvafiq olaraq, müəyyən istiqamətlər üzrə kadrların – proqram rəhbərlərinin seçimi davam edir. Bir neçə müddət əvvəl isə qəbul planı demək olar ki, təsdiq olundu və 1200 tələbənin Qarabağ Universitetinə qəbulu nəzərdə tutulur və bu istiqamətlərdə kadr hazırlığı həyata keçiriləcək”, – deyə o bildirib.

Ekspert qeyd edib ki, müsbət məqamlardan biri burada təhsil alan tələbələrin təhsil dövründə təhsil haqqı ödəməyəcəkləridir.

“Eyni zamanda, hər bir tələbə dövlət təqaüdü alacaq, həmçinin qəbul imtahanlarının nəticəsi 500 baldan yüksək olan tələbələrə də ayrıca təqaüd veriləcək. Burada təhsil alan tələbələr yataqxana şəraitindən maksimum dərəcədə istifadə edə biləcəklər. Asudə vaxtlarını səmərəli keçirmələri üçün idman kompleksləri, stadionlarda idman yarışlarında iştirak etmələrinə imkan yaranacaq. Bir çox startap layihələrində həmin tələbələrin iştirakına şərait yaradılacaq”, – deyə o əlavə edib.

Ekspert qeyd edib ki, bu cür imtiyazların olduğu universitet ölkəmizdə, demək olar ki, yoxdur:

“Bu cür imtiyazların olduğu universitet ölkəmizdə demək olar ki, yoxdur. Təbii ki, buradakı başlıca məqsəd qeyd olunan istiqamətdə tələbə hazırlığı həyata keçirmək və həmin ali təhsil müəssisəsinin tədricən reytinqinin yüksəldilməsinə hesablanan addımlardır. Düşünürəm ki, Qarabağ Universitetinə qəbul olan tələbələrə verilən bu imtiyazlar təkcə dörd ili əhatə etməyəcək, sonrakı illərdə də bu təhsil ocağına qəbul olunan tələbələrə müvafiq imtiyazlar tətbiq olunacaq”.

İsmayıl Bakuvi