Qarabağ Universitetində işləmək istəyənlər üçün yaxın günlərdə yeni vakansiyalar elan olunacaq.
Yenicag.az-ın Xezerxeber.az-a istinadən xəbərinə görə, Elm və Ali təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova bildirib ki, Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetinə bir neçə gün əvvəl proqram rəhbəri vakansiyası üzrə elan verilib.İndiyə kimi ali təhsil ocağında işləmək üçün təxminən 1250 nəfər müraciət edib. Agentliyin direktoru qeyd edib ki, bu vakansiya üzrə 5-6 nəfərin işə qəbulu nəzərdə tutulub.
Ülkər Səttarova deyib ki, yalnız vakansiya tələblərinə uyğun gələn və lazımi bütün sənədləri müəyyən edilən formada təqdim edən şəxslərin müraciətlərinə baxılacaq.
Direktor bildirib ki, Qarabağ Universitetində işləmək istəyənlər üçün digər vakansiyalar üzrə də imkan yaradılacaq. Bu gün artıq ali təhsil müəssisəsində mərkəz direktoru və ingilis dili müəllimi vəzifələri üzrə vakansiyalar elan edilib.
Ülkər Səttarova əlavə edib ki, namizədlər müraciət zamanı vakansiyada müəyyən edilən tələblərə və lazım olan sənədlərə diqqət yetirməlidirlər. Qarabağ Universitetində elan olunmuş proqram rəhbəri vakansiyası üzrə müraciətlərin qəbulu martın 15-dək davam edəcək. ([email protected] qrafika).
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: