Qarabağ Universitetində təhsil alacaq yüksək bal toplayan tələbələrə əlavə olaraq həvəsləndirici təqaüd tətbiq olunacaq.
Yenicag.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, eyni zamanda, Universitetin yataqxanası bütün tələbələr üçün ödənişsiz olacaq.