Qarabağ Universitetindən qeyri-etik QƏRAR: Loqo müsabiqəsində öz əməkdaşını qalib elan etdi – FOTO

Qarabağ Universitetinin yeni loqosu müzakirələrə səbəb olub.

Yenicag.az xəbər verir ki, 2024-cü ilin iyul ayının 4-dən 17-dək elan edilən loqo müsabiqə çərçivəsində daxil olmuş 450-dən artıq loqo təklifindən 5-i seçilərək ictimai müzakirəyə çıxarılmışdı.

Bu gün isə universitetin rəsmi sosial media hesabında seçilən loqo təqdim edilib.

Loqonun ideya müəllifi kimi isə Abdulxaliq Məmmədli göstərilib.

Maraqlıdır ki, Abdulxaliq Məmmədli Qarabağ Universitetinin Mükəmməllik Mərkəzinin direktorudur.

Universitetin əməkdaşının müsabiqəyə qatılması və qalib elan edilməsi izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Vətəndaşlar bunun qeyri-etik olduğunu bildirərək etiraz ediblər.

COP29