“Qarabağ” və “Zirə”nin avrokubok oyunları sükutla başlayacaq

Bu həftə UEFA bayrağı altında keçiriləcək bütün oyunlar sükutla başlayacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Avropa futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

İsveçli tanınmış futbol məşqçisi Sven-Yoran Erikssonun vəfatı ilə əlaqədar matçlarda bir dəqiqəlik sükut olacaq.

Qeyd edək ki, bu həftə Azərbaycan təmsilçiləri “Qarabağ” və “Zirə” də avrokuboklarda cavab oyunlarına çıxacaqlar. Ağdam klubu avqustun 28-də Çempionlar Liqasının pley-off mərhələsində Bakıda Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasını qəbul edəcək. İlk matçda zaqreblilər 3:0 hesablı qələbə qazanıblar.

Bir gün sonra isə “Zirə” meydana çıxacaq. “Qartallar” Kiprdə 0:6 hesabı ilə uduzduğu “Omoniya” ilə qarşılaşacaq.

COP29