“Qarabağ” vətənə döndü

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Vorskla” ilə qarşılaşan “Qarabağ” Bakıya qayıdıb.

Yenicag.az-ın məlumata görə, Ağdam təmsilçisini gətirən təyyarə bir qədər əvvəl Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.

Qeyd edək ki, Poltavada güclü duman olduğundan “Qarabağ”ın Bakıya qayıtması xeyli ləngiyib. Əvvəlcə saat 03:30-da Poltava hava limanından yola düşməli olan təyyarənin uçuş saatı 12:00-a dəyişdirilib. Lakin əlverişsiz hava şəraiti uçuşu yenidən təxirə salıb. “Qarabağ” Bakı vaxtı ilə saat 15:00-da Azərbaycana yola düşüb.

Beləliklə, saat 06:20-də Bakıda olmalı olan “Qarabağ” 16:20-də paytaxtımıza çatıb.

Xatırladaq ki, Qurban Qurbanovun komandası səfərdə 1:0 hesablı qələbə qazanıb.