“Qarabağ” “Viktoriya” ilə qarşılaşacaq

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında “Qarabağ” (Azərbaycan) “Viktoriya” (Çexiya) ilə qarşılaşacaq.

Yenicag.az xəbər verir ki, oyun Plzendəki “Duşan Arena”da baş tutacaq.

Qeyd edək ki, bu gün keçiriləcək “Viktoriya” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq və “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq. Bakıda keçirilmiş ilk oyun qolsuz bitib. Cavab qarşılaşmasında qalib gələn komanda turnirin qrup mərhələsinə vəsiqə qazanacaq.