Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

"Qarabağ" yenə təəccübləndirdi: Ağdamın işğal günü fan-şop açılışı

Reklam: High Technic

“Qarabağ” azarkeşlərin uzun sürən fan-şop həsrəti sona çatıb.

Yenicag.az xəbər verir ki, bu gün son Azərbaycan çempionunun “Park Bulvar”da rəsmi fan-şopunun açılış mərasimi olub.

Tədbirdə klubun vitse-prezidenti Tahir Gözəl, futbolçular, komandanın rəsmiləri, azarkeşlər və bir sıra media nümayəndələri iştirak edib.

Maraq üçün bildirək ki, bu, “Qarabağ”ın ilk rəsmi fan-şopudur. Uzun müddət idi ki, azarkeşlər məhz bu məsələ ilə bağlı narazılıqlarını bildirirdilər. Lakin, digər müsait vaxtların olmasına baxmayaraq, fan-şopun təntənəli açılışının Ağdamın işğal gününə təyin edilməsi təəccüblərə səbəb olub.

Klubun vitse-prezidenti Tahir Gözəl isə bu məsələyə belə aydınlıq gətirib: “İllər əvvəl , Ağdamın işğal günü “Rusenborq”u məğlub etməklə kədərimizi sevincə dönüşdürmüşdük. Bu gün də eyni şeyi etmək istəyirik”.

Emin Səfərov

Yenicag.az

www.yenicag.az

611
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM