“Qarabağ” yenə uduzdu – Bu dəfə ruslara

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” daha bir yoxlama matçında qüvvəsini sınayıb.

Yenicag.az xəbər verir ki, son Azərbaycan çempionunun rəqibi Rusiyanın “Dinamo” klubu olub.

Qarşılaşma Moskva təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki,”atlılar” ilk iki hazırlıq matçında Rusiya Premyer Liqa təmsilçisi “Axmat”a 0:1, Bolqarıstan MOİK-inə isə 2:5 hesabı ilə məğlub olub.

Yenicag.az